Məktəb direktoru damarlarını kəsdi

Məktəb direktoru damarlarını kəsdi
  06 Aprel 2013    Oxunub:1445
Göygöldə kənd orta məktəbinin direktoru sol bilək damarlarını kəsib
Göygöl rayonunun Yeni Qızılca Stansiyası kənd orta məktəbinin direktoru damarlarını kəsərək intihara cəhd edib.

Məktəb direktoru, 1964-cü il təvəllüdlü Fəxrəddin Abbasov sol biləyinin dərin kəsilmə diaqnozu ilə tibb müəssisəsinə daxil olub.

Qan itirən xəstəyə tibbi yardım göstərilib və onu həyata qaytarmaq mümkün olub.

Məlumata görə, məktəb direktoru olan Gəncə şəhər sakini Fəxrəddin Abbasov işlədiyi orta məktəbdə iş otağının qapısını bağlayaraq intihar etmək istəyib.
Bu məqsədlə sol bilək damarlarını kəsib. Qapını qırıb içəri daxil olan məktəbin işçiləri onu dərhal xəstəxanaya çatdırıblar.

Göygöl rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır. İntihara cəhdin səbəbləri müəyyənləşdirilir. /apa/


Teqlər:





Xəbər lenti