Rusiya Azərbaycana nota verdi

Rusiya Azərbaycana nota verdi
  05 Aprel 2013    Oxunub:1249
Səfirlik "Nezavisimaya qazeta"nın müxbiri Milrad Fətullayevlə bağlı hadisə ilə əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz edib.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında rusiyalı jurnalist "Nezavisimaya qazeta"nın müxbiri Milrad Fətullayevlə bağlı hadisə ilə əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

"Nezavisimaya qazeta"nın icmalçısı Fətullayev Bakı aeroportunda martın 31-dən aprelin 1-nə keçən gecə saxlanılıb, sonra isə ölkədən deportasiya olunub.

Xatırladaq ki, jurnalistin Heydər Əliyev Beynəlxalq hava limanında saxlanılması bir müddət əvvəl onun Ermənistanda səfərdə olması ilə əlaqəlidir: “Gömrük əməkdaşlarının danışdıqlarından belə başa düşdüm ki, pasportumda Ermənistana səfər etməyimlə bağlı qeyddən narahat olublar”.

Hələlik Azərbaycan tərəfi Milrad Fətullayevin hava limanında saxlanılmasının səbəblərinə aydınlıq gətirməyib.


Teqlər:





Xəbər lenti