“Hamı Putinin Qazaxıstana nə edəcəyini gözləyir” – Qazax politoloq
- Qazaxıstan ictimaiyyətinin Tokayevin çıxışına reaksiyasına gəlincə, “prezidentimiz əla oğlandır” kimi çoxlu fərəhli rəylər oxudum. Təbii ki, Rusiyada Tokayevin çıxışı birmənalı qarşılanmayıb. Biz əbədi dostumuzun iradlarına bir növ öyrəşmişik və zərbəyə tab gətirə bilirik. Cənab Zatulinin Qazaxıstan haqqında demədiklərini biz onun “İt hürər, karvan keçər” sözlərindən anlayırıq. Baxmayaraq ki, bu, Rusiya ilə münasibətlərin yaxşılaşmasına kömək etmir. Qazaxıstana heç kimlə münaqişə lazım deyil, - A. Amrebayev qeyd edib.
Qazax ekspert bildirib ki, hazırda siyasi kontekst Qazaxıstan neftinin dünya bazarlarına çıxarılmasının qarşısının alınması ilə bağlı vəziyyət ətrafında cərəyan edir: “Ölkəmizin rəhbərliyi nəqliyyat dəhlizlərinin, marşrutlarının və qlobal bazarda iştirak imkanlarının diversifikasiyasına çalışır. Tokayev Sankt-Peterburq forumunda deyib ki, açıq olmaq və mövcud bazar boşluqlarından istifadə etmək lazımdır. Qazaxıstan rəhbərliyi hazırda məhz belə edir. Konstitusiya dəyişikliklərini təsdiqləyən referendumdan sonra ölkə daxilində siyasi modernləşmə prosesi gedir. Daha 20 qanun işlənib hazırlanmalıdır, ölkəmiz super-prezident hakimiyyət modelindən balanslı və hakimiyyətin müxtəlif qollarına sivil nəzarət modelinə keçəcək”,- A.Amrebayev bildirib.
Xatırladaq ki, Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Novorossiyskdə yerləşən və Qazaxıstan neftinin 80 faizinin Rusiya vasitəsilə Qərbə daşındığı iki yanalma platforması bir həftədən çoxdur ki, sıradan çıxıb.
Samir Vəliyev
Nadir Quliyev
AzVision.az
Teqlər: Rusiya Qazaxıstan