"Rusiya silahları NATO-dakı bənzərlərindən geri qalmır" - VİDEO |
“Moskva danışıqlar masası arxasına yalnız Zelenski hökumətinin hərəkətlərini manipulyasiya edənlərlə əyləşəcək və fikrimcə, xüsusi hərbi əməliyyatın dayandırılması üçün yenə də Rusiya tərəfinin irəli sürdüyü şərtlərin yerinə yetirilməsinə zəmanət istəyəcək. Başqa cür olmamalıdır və Moskva gec-tez bütün məqsədlərinə çatacaq.
Digər tərəfdən, mən Avropa liderlərinin səfərinin və Emmanuel Makronun Ukrayna ilə birliyə dəstək bəyanatının blefdən başqa bir şey olmadığından şübhələnirəm. Belə bir nüfuzlu nümayəndə heyətinin əsas vəzifəsi Ukraynadan taxıl tədarükü problemini həll etmək idi. Ukrayna xalqı onların vecinə də deyil. Ancaq heç nə onların xeyrinə olmadı, vəziyyət getdikcə daha çox nəzarətdən çıxır. Üstəlik, Avropa İttifaqı Kiyevi silahla təchiz etməyi dayandırmasa, gərginliyin onun özünə keçəcəyi təhlükəsi də var”, - Mixaylov bildirib.
Samir Vəliyev
Nadir Quliyev
AzVision.az