Rus-gürcü münasibətlərində “Çərkəz genosidi”

Rus-gürcü münasibətlərində “Çərkəz genosidi”
  05 Aprel 2013    Oxunub:2164
Əgər əvvəllər Putin, Medvedyev və Saakaşvili düşmənçiliyi mövcud idisə, bu gün hazırki hökumət tətbiq etdiyi siyasətlə Rusiyanı Gürcüstanın xoş niyyətli olduğuna inandırmağa çalışır.

Lakin bu yaxınlarda tərəflər arasında ortaya çıxan iki ziddiyyətli məsələ rus-gürcü əlaqələrində yeni ikibaşlı məqamları əks etdirir.

Belə ki, Gürcüstanın qeyri-hökumət təşkilatları (QHT) mart ayında Rusiyada Kreml tərəfdarı olan çərkəzlərin QHT-lərilə yenicə qurulmuş əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Kabardin –Balkara səfər ediblər. Bundan əvvəl isə çərkəzlərin nümayəndələri eyni məqsədlə Tblisidə olublar. Həmin səfər zamanı çərkəz nümayəndə heyətinin üzvlərindən biri Gürcüstan parlamentini tənqid edərək ali qanunverici orqanı 2011-ci ildə çərkəz genosidini tanıdığına görə qınayıb. Nümayəndə heyətinin digər üzvləri isə sözügedən bəyanatın onu səsləndirənin şəxsi fikirləri olduğunu bildiriblər.

Öz növbəsində Gürcüstan nümayəndə heyətinin cavab səfəri parlamentin qətnaməsinə münasibəti öyrənmək kimi qiymətləndirilir. Lakin mart ayında inquş lideri Yunusbəy Evkurov gözlənilməz bir bəyanatla çıxış edib. Bildirib ki, Gürcüstan-İnquşetiya sərhədində Gürcüstan tərəfindən mümkün aqressiyaya, hərbi müdaxiləyə qarşı təhlükəsizlik tədbirləri görüləcək.

Gürcü ekspertlərinin fikrincə sərhəddə gərginliklə bağlı Evkurovun verdiyi bəyanat çox gecikmiş bir bəyanatdır. Onların fikrincə “Gürcü arzusu” hakimiyyətə gələndən sonra gürcü-inquş münasibətləri yaxşıya doğru inkişaf etməyə başlayıb. Buna görə də Gürcüstan tərəfinin hərbi müdaxilə edəcəyi ilə bağlı narahat olmağa və sərhədləri bağlamağa heç bir ehtiyac yox idi. Bizim xalqlarımıza sərhədlərə qıfıl vurmaq lazım deyil.

O ki, qaldı Gürcüstan QHT nümayəndələrinin Şimali Qafqaza səfərinə Gürcüstan tərəfi bildirir ki, onlar müxtəlif təşkilatları təmsil edir və Gürcüstan- Şimali Qafqaz əlaqələrinin inkişafı məsələsinə fərqli bucaqlardan baxırlar. Onların bəziləri Gürcüstan parlamentinin çərkəz genosidini tanıması barədə qəbul etdiyi qətnamənin ləğvini tələb edirlər. Digərləri isə bunun əksinin tərəfdarıdır. Məsələnin birmənalı qarşılanmaması isə rus- gürcü əlaqələrinin yaxşı və ya pis olmasının ayırd etməyə imkan vermir. Yenə də ikibaşlılıq ortaya çıxır.

AzVision.az


Teqlər:  





Xəbər lenti