Qlobal təhlükəsizliyin Cənubi Qafqaz gündəliyi

   Qlobal təhlükəsizliyin Cənubi Qafqaz gündəliyi
  17 İyun 2022    Oxunub:1990
Müasir dövrdəki proseslər fonunda yeni dünya nizamının yaranması zərurətininin yaranması artıq qaçılmaz bir zərurətə çevrilib. Məhz yeni beynəlxalq münasibətlər sistemi son illər əhəmiyyətli dərəcədə zəifləmiş qlobal təhlükəsizliyin yenidən möhkəmləndirilməsini şərtləndirə bilər. Bu yöndə müxtəlif regionlarda sülhün və təhlükəsizliyin təminatının məcmusu ümumilikdə qlobal təhlükəsizliyin və yeni dünya nizamının bazisi rolunda çıxış edəcək. Bu baxımdan, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılışı mərasimində Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində əslində Cənubi Qafqazda təhlükəsizliyin müasir gündəliyini açıqladı.
Ötən ilin noyabrında keçirilən VIII Qlobal Bakı Forumundan sonra iqtisadi-siyasi və təhlükəsizlik məsələləri müstəvisində baş verən fundamental dəyişikliklərə toxunan Azərbaycan Prezidenti, proqonzlaşdırılması mümkün olmayan bu fəsadların qlobal ərzaq və enerrjidaşıyıcıları təminatı sahəsində ciddi problemlər yaratdığını vurğulayıb. Həqiqətən də bu təhdidləri məhz geosiyasi qarşıdurmaların aktuallşadırdığı danılmaz faktdır.

Sözsüz ki, qlobal miqyasada yaşanan problemlərin təsiri Cənubi Qafqazdan da yan keçməyib. Amma 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra regionda uzun müddət əsas gərginlik mənbəyi olan “Dağlıq Qarabağ” münaqişəsinin həlli qlobal fəsadların Cənubi Qafqaza təsirini əhəmiyyətli dərəcədə zəiflətməklə yanaşı, bölgədə davamlı sülhün və təhlükəsizliyin yaradılması üçün unikal imkan yaranıb.

Bu baxımdan, müharibədə qalib gələn Azərbaycanın özünün sülh gündəliyi təklif etməsi beynəlxalq münasibətlər sistemində nadir hallarda rast gəlinən reallıqlardandır. Amma Cənubi Qafqazın bütün parametrlər üzrə lideri olan Azərbaycanın bu yanaşması rəsmi Bakının bölgədə təhlükəsizliyin təminatında aparıcı rol oynamaq məsuliyyətini öz üzərinə götürməkdən çəkinmədiyini göstərir. Bununla da, Azərbaycan istər regional, istərsə də qlobal miqyasda sülhün və təhlükəsziliyin tərəfdarı kimi yürütdüyü ardıcıl siyasətini bir daha beynəlxalq aləmə xatırladır.

Sözsüz ki, bu yöndə əsas məqamlardan biri də 44 günlük müharibədə məğlubiyyətini və postmünaqişə dövründə münasibətlərin tənzimlənməsi müstəvisində Azərbaycanın irəli sürdüyü gündəliyi qəbul edən Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi məsuliyyətidir. Azərbaycanın 5 prinsipə söykənən sülh gündəliyini İrəvanın qəbul etməsini müsbət hal kimi qiymətləndirən Prezident İlham Əliyev, artıq bu vəzifələrin praktiki icrasına keçməyin vaxtı olduğunu bildirib. Lakin erməni tərəfinin bu istiqamətdə ciddi fəallığı hələ də nəzərə çarpmır.

Bu yöndə, rəsmi Bakının narazılığının əsas səbəbi bölgədə bütün kommunikasiyaların və nəqliyyat dəhlizlərinin açılması, xüsusilə də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsinin bərpası məsələsində Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə tələsməməsidir. Halbuki elə həmin Bəyanat çərçivəsində Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması yönündə rəsmi Bakı öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirir və artıq il yarımdır ki, erməmnilər Laçın yolundan maneəsiz şəkildə istifadə edirlər. Amma bunun qarşılığında azərbaycanlıların Ermənistan ərazisindən keçərək Naxçıvana gedən Zəngəzur dəhlizindən istifadə edə bilməməsi rəsmi İrəvanın öz öhdəliklərindən qaçmaq cəhdlərindən xəbər verir ki, bu da Azərbaycanın mövqeyinə öz mənfi təsirini göstərə bilər. Çünki Zəngəzur dəhlizinin açılması məsələsi regional sülhün və təhlükəsizliyin fundamental elementlərindən biridir.

Ermənistanın regional sülh gündəliyini ənəglləyən addımalrından biri də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi faktorunu siyasi möhtəkirlik alətinə çevirmək cəhdidir. Onların hüququları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasında təsbit olunsa da, İrəvan polietnokonfessional və multikural Azərbaycanda həmin ermənilərə xüsusi status verilməsi iddiasından əl götürmək istəmir. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə üçtərəfli görüşünün nəticələrinə dair Aİ sədrinin verdiyi bəyanatda aydın şəkildə Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyi nəzərə alınacağı vurğulansa da, İrəvan hər vəchlə bu məsələni gündəmə qaytarmağa çalışır.



Azərbaycan Prezidenti öz çıxışında bu cəhdlərin əbəs olduğunu və Dalıq Qarabağ anlayışının mövcud olmadığını, artıq 1991-ci ilin sonlarında Dağlıq Qarabağ Muxtar Vilayəti qurumunun Azərbaycan parlamentinin qərarı ilə ləğv edildiyini diqqətə çatdırıb. Ermənistan rəhbərliyi bu hüquqi həqiqəti qəbul etməlidir. Bundan boyun qaçırmağa və Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymağa çalışan rəsmi İrəvan bunun Ermənistanın özü üçün aarzuolunmaz nəticələrə gətirib çıxara bilər. Belə ki, 1 920-ci ilin noyabrında sovet hakimiyyətinin Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun qanunsuz şəkildə Ermənistana birləşdirməsinin ləğvi edilməsilə bağlı vəsadət qaldırmağa rəsmi Bakının tam hüququ var. Mövqelərin bu şəkildə toqquşması isə yeni müharibənin alovlanmasına rəvac verə bilər. İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə düçar olan və iqtisadi tənəzzülə uğrayan Ermənistan bundan mütləq lazımi nəticələr çıxarmalıdır.

Azərbaycanın qəti şəkildə rədd etdiyi digər iddialardan biri də Ermənistanın və bəzi qüvvələrin ATƏT-in Minsk qrupunun işinin yenidən canlandırmaq cəhdləridir. Halbuki, 1992-ci ildə “Dağlıq Qarabağ” münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik mandatı almış bu qurumun 28 illik fərsiz işi ilə öz nüfuzunu sıfırdan da aşağı endirib. Ukraynada yaşanan hadisələr nəticəsində 3 həmsədr ölkənin – ABŞ, Rusiya və Fransanın antaqonist cəbhələrdə yer alması Minsk qrupu anlayışının özünü hüquqi-siyasi baxımdan iflasa uğradır. Təsadüfi deyil ki, bu cəhdlərin səmərəsiz olduğunu bildirən İlham Əliyev, ən yaxşı variantın Minsk qrupuna əlvida deməyin, bəli, təşəkkür edirik və əlida deyirik yox, məhz əlvida deməyin və onların təqaüdə çıxmasının olduğunu vurğulayıb.

Yalnız bu problemlərin həllindən sonra Cənubi Qafqazda davamlı sülhün və təhülkəsizliyin bərqərar olunmasından danışmaq mümkündür ki, bu da öz növbəsində, qlobal təhlükəsizlik mozaikasının bir fraqmentində elementlərin məntiqi ardıcıllıqla sıralanması deməkdir.

Məhz bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılışı mərasimindəki nitqinin Qlobal təhlükəsizliyin Cənubi Qafqaz gündəliyinin konsepsiyası kimi qiymətləndirilməlidir.

Sahil İsgəndərov, politoloq

AzVision.az


Teqlər: Forum   təhlükəsizlik  





Xəbər lenti