“Son zəng” in keçirilməsinə İCAZƏ VERİLDİ

   “Son zəng” in keçirilməsinə    İCAZƏ VERİLDİ
  09 İyun 2022    Oxunub:1313
Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək. “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
Təhsil Nazirliyindən AzVision.az - a verilən xəbərə görə, “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Qeyd olunan məsələlər Təhsil Nazirliyinin müvafiq əmrində vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti