Dəhşətli qəza: ölən və yaralananlar var

Dəhşətli qəza:  ölən və yaralananlar var
  05 Aprel 2013    Oxunub:1054
Faktla əlaqədar Nizami RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Bakı şəhərinin Nizami rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Qara Qarayev prospekti, 106 ünvanının qarşısında Zöhrabov Fərid Şahin oğlunun idarə etdiyi “BMW X 5” markalı 10 RC 222 dövlət nömrə nişanlı avtomobil səki ilə hərəkət edən piyadaları vurub.

Məlumata görə, sürücünün idarəetməsindən çıxan avtomobil qadınların üstünə doğru irəliləyib və 1956-cı il təvəllüdlü Muradova Zəmanə Abduləli qızını və 1972-ci ildə anadan olmuş İsmayılova Gülzar Əşrəfəli qızını vurub. Z.Muradova hadisə yerindəcə keçinib. G.İsmayılova isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.




Teqlər:  





Xəbər lenti