Erməni mediası: "İş adamı Akopyana bahalı saat hədiyyə edib"

  Erməni mediası:  "İş adamı Akopyana bahalı saat hədiyyə edib"
  28 May 2022    Oxunub:400
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın gündəminə çevrilib. AzVision.az xəbər verir ki, ölkənin tanınmış nəşrləri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın təm-təraqlı həyat sürməsindən yazıb.
Etirazçılar Anna Akopyana bəzək əşyaları gətirdilər - VİDEO
“Joğovurd” qəzetində gedən məqalədə qeyd edilir ki, bu günlərdə İsveçrədə olan baş nazirin həyat yoldaşına bahalı saat hədiyyə edilib.

"Mənbələrimiz bildirir ki, hədiyyə xanım Akopyana yerli erməni icması və Ermənistanın İsveçrədəki səfiri Andranik Hovannisyanla görüşü zamanı təqdim edilib. Məlum informasiyanın dəqiqliyini yoxlamaq üçün Anna Akopyanın ofisindən məlumat almağa çalışdıq. Onun köməkçisi zəngimizi geri çevirərək mesaj şəklində yazmağı xahiş etdi. Mesajla hazırladığımız sualı ona ünvanladıq. Amma yenə də əldə etdiyimiz məlumatın doğru ya yanlış olmasına cavab ala bilmədik. Qeyd edək ki, baş nazirin xanımı Sürixdə tanınmış iş adamı Vardan Srmakeşlə görüşüb”, - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Paşinyan   Akopyan  







Xəbər lenti