“TEKNOFEST Azərbaycan”ın ilk günü - VİDEO

   “TEKNOFEST Azərbaycan”ın ilk günü -    VİDEO
  26 May 2022    Oxunub:5469
Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı start götürüb. 4 gün davam edəcək tədbirin açılışı musiqi proqramları ilə olub. Daha sonra rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev açılış nitqi söyləyib.
Eyni zamanda “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar eləcə də Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank da çıxış edib.

Azərbaycan və Türkiyə pilotları səmada avio-şoular nümayiş etdirib. Hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən Azərbaycan və Türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayıb. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və “TEKNOFEST” festivalının bayrağını Bakı səmasında dalğalandırıb.



Daha sonra Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı hava şousu təqdim ediblər. Milli şahinlərimiz də qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlib və bu dəfə də tamaşaçıları heyran diblər.

Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq. Günün sonunda isə hər kəsi maraqlı lazer şou gözləyir.

Aytən Zəhra
VİDEO: Əhməd Xəlilov
AzVision.az

Teqlər:







Xəbər lenti