“QHT-lərin fəaliyyətinə son veriləcək”
Bu qanunlara əməl edəcəyi təqdirdə bütün beynəlxalq QHT-lərə Azərbaycanda fəaliyyət göstərmək üçün şərait yaradılacaq”.
Bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri bildirib ki, bununla yanaşı, Azərbaycan hakimiyyətinin iradəsi ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti və ölkənin bu sahə ilə məşğul olan qurumları ölkə qanunvericiliyinə sayğısızlıq nümayiş etdirən, qanunları pozan beynəlxalq QHT-lərlə əməkdaşlığı dayandıracaq:
“O qurumların Azərbaycanda fəaliyyətinə imkan verməyəcəyik”/apa/