“Təhsil Nazirliyi 4-cü sinif dərsliklərinə cavab versin”
Onun sözlərinə görə, əgər müəlliflər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının orta məktəblərdə dərslikləri yoxlamasından narazıdırlarsa, bu onların problemidir:
Bu yoxlamaların ölkə prezidentinin tapşırığı əsasında həyata keçirildiyini deyən TQDK sədri hesab edir ki, Təhsil Nazirliyi məsələ ilə bağlı düzgün siyasət həyata keçirəcək:
“Təhsil Nazirliyi müəllifin hüquqlarını müdafiə etmir, təhsilimizin hüquqlarını müdafiə edir. Ona görə də hesab edirəm ki, onlar bizi düzgün müdafiə edəcəklər".
M. Abbaszadə vurğuladı ki, Azərbaycanda təhsil siyasətini həyata keçirən bir qurum var. Həmin qurum da Təhsil Nazirliyidir:
Təhsil Nazirliyi TQDK-ya yalnız 1-ci və 3-cü sinif dərsliklərinin monitorinqinin nəticələri ilə bağlı cavab verib-deyən komissiya sədri bildirib ki, indiyə qədər 1-ci, 3-cü və 4-cü sinif dərsliklərinin monitorinqi başa çatdırılıb.
M.Abbaszadə sonda bildirib ki, bu həftə 2-ci sinif dərsliklərinin monitorinqi başa çatdırılacaq və gələn həftə monitorinqin nəticələri Təhsil Nazirliyinə təqdim ediləcək.