“Bunu sizdən eşidirik”- Quba İcra Hakimiyyəti

“Bunu sizdən eşidirik”- Quba İcra Hakimiyyəti
  04 Aprel 2013    Oxunub:1740
“İcra başçısından xəbərimiz yoxdur”
Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Ağayevin bir neçə gündür işə çıxmaması ilə bağlı son günlər mətbuatda müxtəlif fikirlər səsləndirilir. Yayılan xəbərlərdə, icra başçısının ayağının yandığı və buna görə də martın 28-də Quba rayonuna səfər edən ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarı özü qarşılaya bilmədiyi, icra başçısının ayağının büdrəyərək yıxılması, nəqliyyat naziri Ziya Məmmədov tərəfindən döyülməsi kimi müxtəlif fikirlər səsləndirilib.

Məsələylə bağlı Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Özünü təqdim etməkdən çəkinən və “Özümüzü niyə təqdim etməliyik ki?» deyən icra nümayəndəsi, məsələylə bağlı heç bir məlumatı olmadığını, belə bir hadisənin baş verməsindən xəbərsiz olduqlarını dilə gətirdi. “Bu haqda biz heç bir məlumatımız yoxdur və bu barədə birinci dəfədir ki, sizdən eşidirik. Mübariz Ağayevin başına hansısa bir hadisənin gəlməsi haqqında bizdə heç bir məlumat yoxdur ”.

AzVision.az


Teqlər:  





Xəbər lenti