26 yaşlı gənc gölə düşüb

26 yaşlı gənc gölə düşüb
  04 Aprel 2013    Oxunub:1360
Fövqəladə Hallar Nazirliyi Azərbaycan vətəndaşının gölə düşməsi ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1987-ci il təvəllüdlü Rafiq Yolçu oğlu Adıgözəlovun Xaçmaz rayonu, Yergüc kəndi ərazisindəki Sonalı gölünə düşdüyü ehtimal olunur.

Məlumat daxil olan kimi, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər göldə axtarış işləri aparırlar. Əlavə məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti