Qərbi Virciniya ştatı da Xocalını tanıdı

Qərbi Virciniya ştatı da Xocalını tanıdı
  04 Aprel 2013    Oxunub:2026
Aprelin 3-də ABŞ-ın Qərbi Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edilib.
Qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Xocalı hadisələrinin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd edilir.

Qətnamədə həmçinin Xocalı faciəsinin beynəlxalq təşkilatlar tərəfindən adət hüququnun kobud şəkildə pozulduğu dəhşətli faciə kimi qiymətləndirildiyi əks olunur.

Xatırladaq ki, Qərbi Virciniya ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Pensilvaniya, Missisipi, Men, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko, Tennessi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib. /apa/


Teqlər:





Xəbər lenti