Növbəti sınaq imtahanına qeydiyyat başladı

Növbəti sınaq imtahanına qeydiyyat başladı
  04 Aprel 2013    Oxunub:991
İştirakçılara yeni test kitabçaları təqdim olunacaq
Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən növbəti sınaq imtahanına yazılış başlayıb. TQDK-nın rəsmi saytında yer alan məlumata görə, abituriyentlər aprelin 21-də keçiriləcək sınaq imtahanında iştirak etmək imkanı əldə edəcək. Aprelin 21-də keçiriləcək sınaq və 28-də keçiriləcək təkrar sınaq imtahanı iştirakçılarına yeni (2 nömrəli) test kitabçası təqdim olunacaq.

Qeyd edək ki, TQDK aprelin 7-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. Aprelin 14-də isə təkrar sınaq imtahanı olacaq. Bu imtahanlara yazılış artıq başa çatıb.


Teqlər:  





Xəbər lenti