Avtomobili yük maşını ilə toqquşub, 3 ölü

  03 Aprel 2013    Oxunub : 531
Avtomobili yük maşını ilə toqquşub, 3 ölü
İmişli rayonunda ağır yol qəzası baş verib.
Hadisə bu gün Hacıqabul-Horadiz yolunun 93-cü kilometrliyində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili “Shacman” markalı yük maşını ilə toqquşub.

Nəticədə “Mercedes” markalı minik avtomobilinin sürücüsü və 2 sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçiniblər.

Hazırda ölən şəxslərin adları dəqiqləşdirilir./apa/

Teqlər: