Uşağa cizgi film personajlarının adını vermək istəyənlər var

 Uşağa  cizgi film personajlarının adını  vermək istəyənlər var
  01 Mart 2022    Oxunub:4624
"Azərbaycanda xarici serialların və cizgi filmlərinin personajlarının adını övladlarına vermək istəyən ailələrin sayı artıb". AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, hansısa xarici ölkədə normal səslənən ad Azərbaycan dilində düzgün səslənmir və ya fərqli anlaşılır: "Bunu valideynlər başa düşməlidir. Bu adlar kifayət qədər əcaib səslənir. Məsələn, Kiara, Alisa. Bu da gələcəkdə həmin uşaqların gülüş hədəfinə çevrilməsinə səbəb ola bilər”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti