Bərdədə kafenin sahibi həbs edilib

Bərdədə kafenin sahibi həbs edilib
  18 Fevral 2022    Oxunub:1128
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Kətəlparaq kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə yarısından sonra fəaliyyət göstərən kafe aşkarlayıblar.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki,kafenin sahibi Müşfiq Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə portokol tərtib edilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.

AzVision.az



Teqlər: Kafe   DİN  





Xəbər lenti