Ukraynada həbs edilən azərbaycanlı ekstradisiya olundu

 Ukraynada  həbs edilən azərbaycanlı  ekstradisiya olundu
  17 Fevral 2022    Oxunub:1563
Ukraynada həbs edilən azərbaycanlı iş adamı ekstradisiya olunub.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluq Azərbaycan vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu tərəfindən təmin edilib.

Abşeron Rayon Polis İdarəsinin İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edildiyindən o, Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 2017-ci il noyabrın 17-də həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

N.Kərimov bu il yanvarın 13-də Ukraynada müəyyən edilərək saxlanılıb. Fevralın 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov Ukraynadan Azərbaycana gətirilib.

AzVision.az



Teqlər: Prokurorluq   Həbs  





Xəbər lenti