Ata həbsdə olan oğluna narkotik keçirmək istədi

Ata həbsdə olan oğluna narkotik keçirmək istədi
  16 Fevral 2022    Oxunub:1411
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən AzVision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş və hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan şəxs Cavidan Əhmədağa oğlu İbişova atası Şirvan şəhər sakini Əhmədağa Böyükağa oğlu İbişov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qəndin içərisində toz şəklində şəklində gizlədilmiş ümumi çəkisi 3,850 qram olan psixotrop maddə - Preqabalin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Penitensiar-Xidmət  





Xəbər lenti