İtkin düşən yeniyetmə daşla özünə xəsarətlər yetirib

 İtkin düşən yeniyetmə daşla özünə xəsarətlər yetirib
  10 Fevral 2022    Oxunub:2526
Paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonunun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb.
Bu barədə AzVision.az -a DİN-in mətbuat xidmətindən bildirilib. Xəbərə görə, araşdırmalarla məlum olub ki, məktəbli, atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə, “pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, - deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddialar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib.

Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, mobil telefon gizlətdiyi yerdən aşkarlanıb.


AzVision.az


Teqlər: DİN  





Xəbər lenti