“Toshiba” iki şirkətə bölünəcək

“Toshiba” iki şirkətə bölünəcək
  07 Fevral 2022    Oxunub:1228
Yaponiyanın “Toshiba” elektrik korporasiyası əvvəl elan etdiyi planın əksinə olaraq, üçə deyil, iki şirkətə bölünmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu, əvvəlki proqramla razılaşmayan bir neçə səhmdarın tələbi ilə edilib. Ötən ilin noyabr ayında “Toshiba” 2023-cü maliyyə ilində (1 aprel 2023-cü ildən başlayaraq) üç ayrı şirkətə bölünmək niyyətində olduğunu açıqlayıb. Onlardan birinin yarımkeçiricilər və digər elektron komponentlərlə, ikincisinin ağır sənaye avadanlıqları ilə, xüsusən də elektrik stansiyaları ilə məşğul olacağı, üçüncünün isə bütün qrupun əmlakını idarə edəcəyi güman edilirdi. İndi qənaət və idarəetmənin daha səmərəli olması üçün ikinci və üçüncü şirkətlərin birləşdirilməsinə qərar verilib.

“Nikkei” iqtisadi qəzetinin məlumatına görə, ayrılma planları Toshiba rəhbərliyinin müxtəlif gəlir mənbələri və inkişaf strategiyaları olan şirkətlər yaratmaqla bütün qrupun kapitallaşmasını artırmaq istəyi ilə bağlıdır. Son illərdə korporasiya, xüsusən 2015-ci ildə maliyyə hesabatlarının saxtalaşdırılması səbəbindən baş vermiş böyük qalmaqalla, habelə 2017-ci ildə Amerika bölməsinin müflisləşməsi səbəbindən ciddi itkilərlə bağlı böhran yaşayır.

AzVision.az


Teqlər: Şirkət  





Xəbər lenti