Prokurorluq hakerlərlə bağlı əhaliyə müraciət edib

 Prokurorluq hakerlərlə bağlı əhaliyə müraciət edib
  26 Yanvar 2022    Oxunub:780
Baş Prokurorluq hakerlər tərəfindən sosial şəbəkə hesablarındakı şifrələrin sındırılması ilə bağlı vətəndaşlara müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

Hazırda təqdim olunan videoçarxda hakerlər tərəfindən vətəndaşların sosial şəbəkələrdəki hesablarının şifrələrinin sındırılması ilə bağlı maarifləndirici məlumat verilir.


AzVision.az



Teqlər: Haker  





Xəbər lenti