Facebookda qalmaqal qoparan videoya rəsmi REAKSİYA

Facebookda qalmaqal qoparan videoya rəsmi REAKSİYA
  04 Aprel 2014    Oxunub:1042
İki gün əvvəl sosial şəbəkələrdə bir video yayılmışdı. Orada mülki geyimli şəxsin avtomobili saxlayaraq, sürücüdən sənədləri tələb etməsi göstərilirdi.
Gənc oğlan həmin şəxsə sənədləri verməkdən imtina edir və maşını sürüb gedir. Amma bu dəfə onu polis saxlayır və sənədlərini tələb edir.

Bakı Baş Polis İdarəsindən 1news.az-a bildiriblər ki, artıq məsələ ilə bağlı xidməti araşdırma başlanılıb və fakta hüquqi qiymət veriləcək.

Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov isə bildirib ki, mülki formada olan şəxsin maşını saxlayıb sürücüyə təzyiq etməsi cinayətdir. Xidməti formada olmayan polis əməkdaşı avtomobili saxlaya bilməz.

Onun sözlərinə görə, hadisə araşdırılacaq və günahkarlar cəzalandırılacaq.

Qeyd edək ki, sosial şəbəkədə yayılan xəbərlərə görə, insident artıq həllini tapıb və sənədlər sahibinə qaytarılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti