Qaxda 12 yaşlı uşaq göbələkdən zəhərlənərək ölüb

Qaxda 12 yaşlı uşaq göbələkdən zəhərlənərək ölüb
  19 Oktyabr 2021    Oxunub:959
Qax rayonunda ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.

AzVision.az



Teqlər:





Xəbər lenti