Şamaxıda dələduz tutuldu - FOTO

Şamaxıda dələduz tutuldu -    FOTO
  19 Oktyabr 2021    Oxunub:1597
Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən bir nəfərin onları müxtəlif vədlərlə aldadaraq ümumilikdə 12 min manat pulu ələ keçirdiyini bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törədən şəxsin Ağsu rayon sakini Elçin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı E.Əhmədovun heç bir dövlət qurumunda çalışmadığı, zərərçəkmişlərin ikisini tələbə kimi texnikumların birinə qəbul etdirmək, birini isə müəllim kimi məktəbə işə düzəltmək adı ilə aldatdığı və pullarını mənimsədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxsin barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"E.Əhmədovun başqa vətəndaşlara qarşı da dələduzluq etdiyi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-330-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur",- Mətbuat Xidmətindən bildirilib.

AzVision.az



Teqlər: Şamaxı  





Xəbər lenti