Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb, ölən var

   Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb,    ölən var
  19 Oktyabr 2021    Oxunub:1192
Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində bir nəfər ölüb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub. Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti