"Taliban" ilə Müqavimət Cəbhəsi toqquşub

   "Taliban" ilə Müqavimət Cəbhəsi toqquşub
  16 Oktyabr 2021    Oxunub :476
Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində Milli Müqavimət Cəbhəsi döyüşçüləri ilə "Taliban" qüvvələri arasında yenidən silahlı toqquşmalar başlayıb.
AzVision.az bu barədə yerli agentliyə istinadən xəbər verir.

Toqquşmalarda azı 7 vəzifəli şəxs öldürülüb.

Agentliyin məlumatına görə, ölənlər arasında Federal Vergi Xidmətinin iki komandiri də var.

Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.

AzVision.az

Teqlər: Taliban   Toqquşma  







Xəbər lenti