Şirvanda `avtoş paradından VİDEO

  24 Mart 2014    Oxunub : 507
Şirvanda `avtoş paradından VİDEO
Martın 21-də Şirvanda bir qrup gənc Fariz Eynullayev küçəsində avtoxuliqanlıq etməklə ətrafda yaşayan insanları narahat ediblər.

Avtoxuliqanlar müxtəlif “tryuklar” göstərməklə özlərinə xeyli tamaşaçı toplayıblar.

Yolda tıxac yaranıb, əraziyə çox gec gələn DYP əməkdaşları avtoxuliqanlıq edənlərə qarşı ölçü götürə bilməyib.

AzVision.az xəbər verir ki, həvəskar çəkilişi çəkən gənc isə həmyaşıdlarından fərqli olaraq onları qınayıb və çəkdiyi kadrları APA TV-yə təqdim edib. Qeyd edək ki, çəkilişin bir hissəsi “youtube.com” saytında da yerləşdirilib. Bu səbəbdən də Şirvan şəhər Dövlət Yol Polisinin Şirvan bölməsinə məsələni araşdırmaq üçün nümayəndə göndərilib. Avtoxuliqanlıq edən şəxslərdən saxlanan da var.

Qeyd edək ki, “avtoş”lar bayram günlərində Şirvan şəhərinin müxtəlif ərazilərində qəza törədiblər. Nəticədə 3 avtomobil yararsız hala düşüb, bir neçə gənc xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Teqlər: