Elmar Vəliyev İdman zalının açılışında olub - FOTO

Elmar Vəliyev İdman zalının açılışında olub - FOTO
  18 Mart 2014    Oxunub:2456
Martın 17-də Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində idman zalının açılışı olub. Açılışda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Universitetin idman zalı ilə tanış olan şəhər rəhbərliyi görülən işləri yüksək qiymətləndirib. Universitetin tələbələri idmanın mini futbol, voleybol, basketbol, bilyard, şahmat, tennis növləri ilə məşğul olmağa imkan əldə ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev idman zalı ilə yanaşı, universitetdə tələbələrə yaradılan şəraitlə də tanış olub. Xüsusən tələbələrin elmi-texniki biliklərə yiyələnmələrində müstəsna əhəmiyyət kəsb edən universitetin zəngin kitabxanası diqqət çəkib. 640 min kitab fondu olan kitabxanada 2010-cu ildən “Elektron kitabxana” fəaliyyət göstərir.



Açılışın sonunda tədbir iştirakçıları universitet tələbələrinin hazırladığı və Novruz şənliyinə həsr olunmuş konsertə baxıblar.


Teqlər:





Xəbər lenti