Sumqayıtda dəhşətli qəzadan FOTOLAR

Sumqayıtda dəhşətli qəzadan FOTOLAR
  17 Mart 2014    Oxunub:1154
Sumqayıtda dəhşətli qəza: Milli ordunun giziri dünyasını dəyişdi.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib. 24 yaşlı İbrahimov Rauf Zöhrab oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü xilas etmək üçün əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər tərəfindən avtomobildən çıxarılan sürücü ağır bədən xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 24 yaşlı Rauf İbrahimov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət keçir. Gizir xidmətdən sonra şəxsi avtomobili ilə evə qayıdırmış.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Qalereya




Teqlər:





Xəbər lenti