Bakıda bir gecədə iki “Mercedes” alışdı

Bakıda bir gecədə iki “Mercedes” alışdı
  16 Mart 2014    Oxunub:1069
Yanğın hadisələri Yasamal və Suraxanı rayonlarında qeydə alınıb.
Bakıda bir gecədə iki "Mersedes" yanıb. AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın hadisələri Yasamal və Suraxanı rayonlarında qeydə alınıb.

İlk yanğın Yasamal rayonunda baş verib. Bakının Tbilisi prospekti ilə hərəkət edən "Mercedes Benz" markalı minik avtomobili qəfil alışaraq yanıb.

Qəza səbəbindən Tbilisi prospektində uzun tıxac meydana gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəliblər. Yanğın söndürənlər qısa zamanda maşının mühərrik hissəsində başlayan yanğının yanacaq çəninə doğru keçməsini əngəlləyiblər. Beləliklə, partlayışın qarşısı alınıb.

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin Yasamal Rayon Şöbəsini əməkdaşları gəliblər. Sürücünün xəsarət almadığı yanğında avtomobilə ciddi ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Hissəsi yanğının baş vermə səbəbləri araşdırılır. Gecə saat 00.00 radələrində başlanan yanğın saat 00:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İkinci "Mersedes" Suraxanıda yanıb. Paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilində baş verib. Nəticədə, avtomobilin yanar hissələri yanıb. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

APA


Teqlər:





Xəbər lenti