Bakıda yol qəzası baş verib: ölən var

Bakıda yol qəzası baş verib: ölən var
  16 Mart 2014    Oxunub:1042
Ağır bədən xəsarətləri alan kişi hadisə yerindəcə keçinib.
Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub. AzVision.az xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün gecə saatlarında Buzova-Bilgəh yolunda baş verib.

Yolu keçməyə çalışan 50-55 yaşlarında kişini qəflətən maşın vurub. Ağır bədən xəsarətləri alan kişi hadisə yerindəcə keçinib. Qəza zamanı həyatını itirən kişinin şəxsiyyəti məlum deyil.

Digər bir avtoqəza Binə-Sədərək yolunda baş verib. Qəza iki minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı avtomobillərdən birini idarə edən sürücü ağır bədən xəsarətləri alıb. Orta yaşlarında olan sürücü yaxınlıqdakı xəsatəxanaya yerləşdirilib.


Teqlər:





Xəbər lenti