Bayram günləri poçt fasiləsiz işləyəcək
Novruz Bayramı günlərində vətəndaşların bölgələrə səfərləri nəzərə alınmaqla bütün regional poçt şöbələri adi rejimdə işləyəcək. AzVision.az Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, burada rəhbərliyin ümumi koordinasiyası ilə işçilərin müəyyən növbəlilik prinsipi əsasında vətəndaşlara xidmət göstərəcəklər.
Qeyd edək ki,”Azərpoçt”MMC vətəndaşların rahatçılığının təmin edilməsi məqsədilə poçtalyonların mənzillərə sifarişlərini də təklif edir.
Teqlər: