Nazir “Yüksəliş” yarımfinalçılarıyla müzakirələr aparıb

Nazir “Yüksəliş” yarımfinalçılarıyla müzakirələr aparıb
  28 İyun 2021    Oxunub:1659
Azərbaycanda peşəkar kadrların üzə çıxarılması, innovativ idarəçiliyin və intellektual resursların dəstəklənməsi kimi mühüm məqsədlərə xidmət edən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir, iştirakçıların idarəçilik potensialı qiymətləndirilir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb. Nazir qeyd edib ki, yarımfinalçılarla Azərbaycan iqtisadiyyatının inkişaf prioritetləri barədə müzakirələr aparılıb.

“İnanıram ki, layihə çərçivəsində əldə edilən nəticələr ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasına, kadr potensialının səmərəliliyinin artmasına və ölkəmizin dayanıqlı iqtisadi inkişafına töhfə verəcək”, - nazir əlavə edib.

Azvision.az



Teqlər: Yüksəliş  





Xəbər lenti