“Azeri Light” 74,53 dollara satılır

  18 İyun 2021    Oxunub :729
“Azeri Light” 74,53 dollara satılır
Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,31 dollar azalaraq 72,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,21 dollar ucuzlaşaraq 70,83 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,99 dollar azalaraq 74,53 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az

Teqlər: Neft  






Xəbər lenti