Göldə boğulan hərbçinin axtarışına başlanıldı

  18 İyun 2021    Oxunub :522
   Göldə boğulan hərbçinin axtarışına başlanıldı
Fövqəladə Hallar Nazirliyi Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.
FHN-dən Azvision.az -a bildirilib ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Azvision.az

Teqlər: FHN   Axtarış  






Xəbər lenti