İndiyədək peyvənd olunanların sayı açıqlandı

 İndiyədək peyvənd olunanların sayı açıqlandı
  12 İyun 2021    Oxunub:1265
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 844 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 373 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 742 867, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 783 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 959 361 nəfərə çatıb.



Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti