Naxçıvanda sənaye məhsulu istehsalı artıb

Naxçıvanda sənaye məhsulu istehsalı artıb
  22 May 2021    Oxunub:1985
Muxtar respublikada yeni sənaye müəssisələrinin yaradılması sənayeləşmə prosesini daha da sürətləndirib, dinamik inkişaf qorunub saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada 257 milyon 37 min 800 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki göstəricini 1 faiz üstələyib.

Sənaye məhsulu istehsalının 92,7 faizi malların, 7,3 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,9 faiz təşkil edib. Bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Azvision.az


Teqlər: Naxçıvan   Sənaye  





Xəbər lenti