Naxçıvanda sahibkarlara 8,5 milyon kredit verilib

Naxçıvanda sahibkarlara 8,5 milyon kredit verilib
  22 May 2021    Oxunub:1278
Bu ilin ilk rübündə muxtar respublikada sahibkarlara 8 milyon 555 min 200 manat kredit verilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib.

Belə ki, verilmiş kreditin 4 milyon 680 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 3 milyon 875 min 200 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 13 hüquqi və 677 fiziki şəxs qeydiyyata alınıb.

Qeyd edək ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib. 2021-ci ilin birinci rübündə muxtar respublikada 62 yeni iş yeri yaradılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Sahibkar   Kredit  





Xəbər lenti