Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb
  22 May 2021    Oxunub:2117
Bu ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 557 milyon 426 min 300 manat olub. Bu da bir il öncəki göstəricidən 0,6 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib.

Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 1207,1 manat olub.

Qeyd edək ki, ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 53,9 faiz təşkil edib.

Azvision.az


Teqlər: Naxçıvan   ÜDM   Artım  





Xəbər lenti