Qaxda çörək sexində nöqsanlar aşkarlandı

Qaxda çörək sexində nöqsanlar aşkarlandı
  22 May 2021    Oxunub:1151
Qaxda çörək sexində nöqsanlar aşkar olunub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Qax şəhəri, İ. Mustafayev küçəsində yerləşən, Əlicanov Yaşar Əziz oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.
AQTA-dan Azvision.az a verilən məluamta görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.

Belə ki, müəssisənin istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının hisdən qaraldığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti