“Böyük dəbilqə”də ikinci günə yekun vuruldu

“Böyük dəbilqə”də ikinci günə yekun vuruldu
  28 Mart 2021    Oxunub:2063
Tbilisidə keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi “Böyük dəbilqə” turnirinin ikinci gününün yarışlarına yekun vurulub.
Azvision.az xəbər verir ki, aktivində 2 bürünc medal olan komandamız yekun nəticəyə görə 13-cü sırada yer alıb.

Bürünc medalları yığmamızın hesabına Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (87 kq) yazdırıb. Medalların sayına görə, birinci pillədə 2 qızıl, 1 bürünc medalla Monqolustan komandası qərarlaşıb.

Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.

Azvision.az


Teqlər: Cüdo  





Xəbər lenti