Cüdoçumuz “Böyük dəbilqə”də üçüncü oldu

Cüdoçumuz “Böyük dəbilqə”də üçüncü oldu
  26 Mart 2021    Oxunub:2750
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu üçüncü yeri tutub.
Azvision.az xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov üçüncü yer uğrunda görüşdə rusiyalı Konstantin Simeonidis ilə qarşılaşmalı idi. Rəqib zədə səbəbindən qarşılaşmadan imtina etdiyinə görə, cüdoçumuz qalib elan edilib.

Martın 28-dək davam edəcək turnirdə Azərbaycan ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.

Azvision.az


Teqlər: Cüdo   Böyük-Dəbilqə  





Xəbər lenti