Millimiz Portuqaliya seçməsi ilə qarşılaşacaq

Millimiz Portuqaliya seçməsi ilə qarşılaşacaq
  24 Mart 2021    Oxunub:1373
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin birinci turu çərçivəsində martın 24-də Portuqaliya yığması ilə qarşılaşacaq.
Azvision.az xəbər verir ki, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək görüşü almaniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniel Siebert olacaq. Ona həmyerliləri Jan Seidel və Rafael Foltin kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Saşa Stegemann olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin A qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.

Azvision.az



Teqlər:





Xəbər lenti