Portuqaliya-Azərbaycan oyunu alman hakimlərə tapşırıldı

Portuqaliya-Azərbaycan oyunu alman hakimlərə tapşırıldı
  23 Mart 2021    Oxunub:1818
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, matç almaniyalı hakimlərə tapşırılıb. Görüşün baş hakimi Daniel Siebert olacaq. Ona həmyerliləri Jan Seidel və Rafael Foltyn kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Saşa Stegemann olacaq.

Qeyd edək ki, Portuqaliya-Azərbaycan oyunu martın 24-də, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək.

Azvision.az


Teqlər: Azərbaycan   Portuqaliya   Futbol   Hakim   Almaniya  





Xəbər lenti