Dünya çempionu bürünc medal qazandı

Dünya çempionu bürünc medal qazandı
  22 Mart 2021    Oxunub:2028
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin həlledici oyunları keçirilir.
Azvision.az xəbər verir ki, üçüncü yer uğrunda cavab görüşündə norveçli dünya çempionu Maqnus Karlsen ABŞ təmsilçisi Uesli Sonu məğlub edərək turnirin bürünc medalını qazanıb.

Finalda Niderland təmsilçisi Aniş Giri Rusiya şahmatçısı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Cavab matçında qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.

Final mərhələsinin birinci matçında Aniş Girinin Rusiya şahmatçısı Yan Nepomnyaşi ilə qarşılaşması heç-heçə başa çatıb.

Qeyd edək ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 min, finalçı 40 min, 3-cü yerin sahibi isə 25 min ABŞ dolları qazanacaq.

Azvision.az


Teqlər: Şahmat  





Xəbər lenti