Üç güləşçimiz lisenziya turnirinin 1/4 finalında

Üç güləşçimiz lisenziya turnirinin 1/4 finalında
  20 Mart 2021    Oxunub:1890
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.
Azvision.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

İslambek Dadovtəsnifat mərhələsində rumıniyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Yığma üzvü daha sonra Polşanı təmsil edən erməni güləşçinin lisenziya ümidlərini puça çıxarıb.

Sənan Süleymanov yarışa moldovalı güləşçi üzərində inamlı qələbəylə start verib. Murad Lokyayev ilk mərhələdə yunan həmkarına gücünü göstərib.

Beka Kandelaki zədə üzündən xalça üzərinə çıxmayıb.

60 kq
1/8 final:Murad Məmmədov - Justas Petraviçyus (Litva)

67 kq

Təsnifat: İslambek Dadov - Mihay Mihut (Rumıniya) 9:0
1/8 final: İslambek Dadov - Gevorq Sahakyan (Polşa) 4:1
1/4 final: İslambek Dadov

77 kq

1/8 final: Sənan Süleymanov - Aleksandrin Qutu (Moldova) 10:3
1/4 final: Sənan Süleymanov - Bozo Starçeviç (Xorvatiya)

87 kq

1/8 final: İslam Abbasov - Daniel Aleksandrov (Bolqarıstan)

97 kq

1/8 final: Murad Lokyayev - Laokratis Kesidis (Yunanıstan) 10:1
1/4 final: Murad Lokyayev - Artur Omarov (Çexiya)

130 kq

1/8 final: Beka Kandelaki - Aleksandros Papadatos (Yunanıstan) -:+

Azvision.az


Teqlər: Macarıstan   Güləş   Yarış  





Xəbər lenti