Çempionlar Liqasının son püşkü atıldı

Çempionlar Liqasının son püşkü atıldı
  19 Mart 2021    Oxunub:2758
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında mövsümün sonuncu püşkatma mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, 1/4 və yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib.

Belə ki, "Mancester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya), "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə), "Bavariya" (Almaniya) - "PSJ" (Fransa) və "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) cütlükləri qarşılaşacaq.

Yarımfinalda isə "Bavariya" (Almaniya) - "PSJ" (Fransa) cütünün qalibi "Mancester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) cütünün qalibi ilə, "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) cütünün qalibi isə Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) cütünün qalibi ilə qarşılaşacaq.

Final matçı mayın 29-da İstanbulda Atatürk stadionunda keçiriləcək.

Azvision.az


Teqlər: ÇL   Püşk  





Xəbər lenti